London Tehranla barışır
24 sentyabr 2013 03:02 (UTC +04:00)

London Tehranla barışır

Britaniyanın xarici işlər naziri Uilyam Heyq iranlı həmkarı Məhmmədcavad Zəriflə görüşüb.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, görüşdən sonra ingilis diplomat deyib ki, iki dövlət arasında ikitərəfli münasibətlərin normallaşması və İranın atom nüvə proqramında irəliləyişin  əldə edilməsi üçün Tehrandan konkret fəaliyyət tələb olunur.

Britaniyalı nazir danışıqları Londonla Tehran arasında «ikitərəfli münasibətlərin yaxşılaşması» üçün ilk «konstruktiv addım» adlandırıb.  

O, iranlı həmkarının və İran prezidenti Həsən Ruhaninin beynəlxalq ictimaiyyətlə danışığa hazır olmaları barədə bəyanatlarını alqışlayıb.

 

Krallığın naziri bildirib ki, «konkret fəaliyyətlərdən biri» siyasi məhbusların buraxılmasıdır: «Biz bunu davam etdirməyə çağırırıq».

 

Xatırladaq ki, 2011-ci ilin noyabrından Londonla Tehran arasında münasibətlər kəsilib. İngiltərə Tehrandakı səfirliyini bağlayıb. Əks tərəfində Britaniyada diplomatik missiyası fəaliyyət göstərmir.

 

 

Hazırda İranın Britaniyada maraqlarının Oman, qarşı tərəfin maraqlarını İslam Respublikasında İsveçrə təmsil edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1195
avatar

Oxşar yazılar