Liviya və Qrenada Kosovonun müstəqilliyini tanıyıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda xəbəri Kosovonun xarici işlər naziri Ənvər Xoca öz «tvitter» səhifəsində yazıb.
Kosovo rəsmiləri bu haqda məlumatı BMT Baş Assmbleyasında iştirak edən həmin dövlətlərin təmsilçilərindən alıblar.
Rəsmi Priştinanın məlumatına əsasən, BMT-nin 103 üzvü Kosovonun müstəqilliyini tanıyıb.
Xatırladaq ki, 2008-ci il fevralın 17-də Kosovo Serbiyanın tərkibindən çıxaraq, öz müstəqilliyini bir tərəfli qaydada elan edib.