Kerri BMT-nin silah ticarəti müqaviləsini imzalayıb
26 sentyabr 2013 06:10 (UTC +04:00)

Kerri BMT-nin silah ticarəti müqaviləsini imzalayıb

ABŞ-ın dövlət katibi Con Kerri sentyabrın 25-də adi silahların satışının məhdudlaşdırılmasına dair BMT-nin müqaviləsini imzalayıb.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, «Fox News» telekanalı bu haqda məlumat yayıb.

 

ABŞ Dövlət Departamentinin təmsilçisi bildirib: «Müqavilə xarici tədarük olunan adi silahların dünyada cinayət törədən qrupların əlinə keçməsi riskini azaldacaq».

 

 

Məlumata əsasən, qurum vurğulayıb ki, bir neçə on illər ərzində hazırlanmış müqavilə adi silahların qanunsuz yolla ticarətini dayandırmağa çağırışdır: «Bu qanunsuz yolla ticarət terrorçulara sərfəlidir».

 

Sənədin imzalanması onu təsdiqləyən qanunverici orqanın üzvlərini etirazına səbəb olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 489
avatar

Oxşar yazılar