BMT Baş Assambleyasının 68-ci sessiyası zamanı ABŞ prezidenti Barak Obama İranın höukmət başçısı Həsən Ruhani ilə görüşü «gündəliyə daxil edilməyib».
Lent.az-ın «Euronews»-a istinadən məlumatına görə, bu açıqlamanı İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfham verib.
«Biz hesab edir ki, belə bir görüşün vaxtı yetişməyib»-deyə, o, söyləyib.
Ancaq ABş prezidenti köməkçisinin müavini Ben Rods sentyabrın 23-də bildirib ki, belə bir görüşün keçiriləcəyi istisna edilmir.
Əfham ABŞ-ın dövlət katibi Con Kerrinin iranlı həmkarı Məhəmmədcavad Zəriflə görüşü də ikitərəfli deyil, «altılıq»-ın (ABŞ, Almaniya, Britaniya, Fransa, Çin və Rusiya) xarici işlər nazirləri birlikdə keçiriləcək.