Terrorçu PKK-ya «üzv olmaq» və ona yardım etmək ittihamı ilə həbsdə olan 18 nəfər ötən gün Türkiyənin Bingölü həbsxanasında qaçmışdı.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, Bingölü Əmniyyət Müdürlüyü və əyalət Jandarm Komandanlığı tərəfindən aparılan əməliyyat nəticəsində məhbus terrorçular Bingölünün Mərkəzi Ortaçanaq kəndində tutulub.
Ölkənin daxili işlər naziri Müəmmar Gülər bildirib ki, 18 terrorçu məhbusdan 17 yaxalanıb. Onlardan biri Əkrəm Taşın tutulması istiqamətində əməliyyat tədbirləri görülür.
Ədliyyə Nazirliyinin məsələ ilə bağlı açıqlamasında bildirilib ki, Bingölü həbsxananın birinci müdiri və üç ikinci müdiri, habelə bir baş məmur tutduğu vəzifədən azad edilib.