Gürcüstanda tarixi rekord SEÇKİ
24 sentyabr 2013 17:15 (UTC +04:00)

Gürcüstanda tarixi rekord SEÇKİ

Saakaşvili və İvanişvili qarşıdurmasında həlledici rol oynayacaq prezident seçkilərinə 23 namizəd qatılır

 

 

Oktyabrın 27-də Gürcüstanda keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlər müəyyənləşib.

 

Lent.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, namizədlərin qeydiyyat prosesi sentyabrın 27-də başa çatsa da, Mərkəzi Seçki Komissiyası artıq namizədlərin hamısının qeydiyyat məsələsinə baxıb.

 

Qeyd edək ki, 3 milyon 537 min 249 seçicinin olduğu Gürcüstanda hər namizədin seçicilərin 0,75 faizi, yəni 26 min 530 imza toplaması lazımdır. Namizədliyi irəli sürülmüş 54 namizəddən 23-ü bu mərhələni keçib. Bu sayda namizədlərin seçkidə iştirak hüququ qazanması Gürcüstanda prezident seçkiləri tarixində bir rekorddur. Bundan sonrakı 30 gün ərzində namizədlər təbliğat kampaniyası aparacaq.

 

Prezidentliyə namizədlərdən yalnız 3-nün 10 faizdən artıq səs toplayacağı proqnozlaşdırılır. Söhbət baş nazir Bidzina İvanişvilinin lideri olduğu hakim Gürcü Arzusu Koalisiyasının namizədi Georgi Marqvelaşvili, prezident Mixail Saakaşvilinin lideri olduğu  Vahid Milli Hərəkat Partiyasının namizədi, sabiq spiker və xarici işlər naziri David Bakradze və sabiq spiker, Demokratik Hərəkat-Birləşmiş Gürcüstan Partiyasının namizədi Nino Burcanadzedir. Siyasi ekspertlər Bidzina İvanişvili və Mixail Saakaşvili özləri seçkilərdə namizəd kimi iştirak etməsələr də, Gürcüstandakı bu seçkiləri baş nazir və prezident arasındakı mübarizənin ikinci və ən önəmli mərhələsi sayırlar. Prezident seçkilərinin nəticələri Mixail Saakaşvilinin siyasi gələcəyini də müəyyənləşdirəcək. Xarizması və təsirli nitqi olmamasına baxmayaraq, sorğu anketlərinə əsasən  Bidzina İvanişvilinin namizədi Georgi Marqvelaşvilinin ən azı 30 faiz səs qazanacağı proqnozlaşdırılır.

 

Mixail Saakaşvilinin adı ətrafında hər hansı qalmaqal yaşanmamış və çox etibar etdiyi David Bakradzenin isə hansı nəticəni göstərəcəyini proqnozlaşdırmaq çətindir. Bəzi müşahidəçilər onun ən çox səs toplayan ikinci namizəd belə olmayacağını proqnozlaşdırırlar. Həmin müşahidəçilər Nino Burcanadzenin seçkilərdə ikinci ən çox səs toplayacaq namizəd olacağını iddia edirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2344
avatar

Oxşar yazılar