Gürcüstan xarici işlər naziri Mayya Pancikidze Rusiyanı Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etməyə çağırıb.
Lent.az-ın verdiyi məlumata görə, “Rustavi-2” telekanalında çıxış edən Mayya Pancikidze deyib ki, tək iqtisadi-ticari sahələrdə addımların atılması yetərli deyil.
Mayya Pancikidze bildirib ki, Rusiya vətəndaşları üçün Gürcüstan vizasız rejim tətbiq edib, ancaq Rusiya Gürcüstan vətəndaşları üçün belə bir güzəşt tanımır: “Mən birtərəfli vizasız rejimin əleyhinəyəm”.
Gürcüstan xarici işlər naziri Rusiya ilə münasibətdə qırmızı xətləri də xatırladıb və həmin xətləri tapdamayacağını bəyan edib: “Bu, torpaqlarımızın işğalı, Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması siyasəti və Gürcüstanın hansı alyansa qoşulmaqla bağlı müstəqil seçim hüququna müdaxilədir”.