Fransa hökuməti büdcədəki defisiti azaltmaq üçün dövlət xərclərini 20 milyard dollar ixtisarını təklif edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ölkənin maliyyə naziri Pyer Moskovisi və büdcə naziri Bernar Kazeyov bildirib ki, vergiləri artırmaqdansa, dövlət xərclərini zaltmaq daha sərfəli olar.
Avrozonanın qaydalarına əsasən, büdcə layihəsi ölkə parlamentində təsdiq olunmazdan öncə, Avropa Komissiyasına təqdim olunmalıdır.
Müxalifət partiyaları isə bildirib ki, hökumət tərəfindən xərclərin azalması ilə bağlı təklif ölkə iqtisadiyyatını artımını təhlükəyə atır.