ETA-nı maliyyələşdirənlərin məhkəməsi başlayıb
18 oktyabr 2013 06:45 (UTC +04:00)

ETA-nı maliyyələşdirənlərin məhkəməsi başlayıb

İspaniyada baskların ETA qrupunu maliyyələşdirənlərin məhkəməsi başlayıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu məsələ ilə balı  36 nəfər mühakimə olunur. Ümumilikdə isə 150 nəfərə qarşı ittiham irəli sürülüb.

 

Müttəhimlərin çoxu ETA-çıların sığınacaq kimi istifadə etdiyi kiçik restoranların işçiləridir.

 

ETA təmsilçiləri məhkəməni bölgənin müstəqilliyi uğrunda mübarizə aparan hərəkatı İspaniya hakimiyyətinin məhv etməsi kimi dəyərləndirib.

 

Xatırladaq ki, üç il öncə ETA döyüş əməliyyatlarını müvəqqəti olaraq, dayandırdığını elan etmişdi. Bununla belə problemin dinc yolla həllində də ciddi problemlərin yarandığı bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 826
avatar

Oxşar yazılar