Sentyabrın 23-də Ermənistanın Lori vilayətinin Vanadzor şəhərində yerli polisin özünü öldürdüyü barədə xəbər yayılıb.
Lent.az-ın «Novosti Armenii»-yə istinadən məlumatına görə, o, Lori vilayəti Polis İdarəsində ekspert kimi çalışıb.
İlkin məlumata əsasən, polis özünü asaraq, intihar edib. Hadisə araşdırılır.