Ötən həftə Ermənistanın Mərkəzi Bankı bazardan bir dollar - 407,18 dram kursu ilə 7 milyon dollar alıb.
Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, bu, dolların dramı zəiflətməsi fonunda baş verib. Ötən həftə bir dollar 406,4 dram olduğu halda bu həftənin əvvəlində bu nisbət 410 dram civarında olub.
Mənbə bildirib ki, sentyabrın ilk 10 günündə dollar çox bahalaşıb. Ancaq dövriyyəyə dolların buraxılması ölkədə yaranmış rahatsızlığın qarşısını müəyyən müddətə alıb.
Mərkəzi bank dramın bazarda həcmini azaldıb. Bu isə valyutanın qıtlığına səbəb olub.
Bu yolla Ermənistanın maliyyə qurumu dramın dollara nisbətdə bahalaşmasına nail olmaq istəyir.