Küveytin məşhur din xadimi Mübarək əl-Batxali qalmaqallı fətva verib.
Lent.az-ın “newsru.com” saytına istinadən verdiyi məlumata görə, fətvaya əsasən aktyorların film və seriallarda ssenari üzrə oynadıqları toy real qəbul olunmalıdır.
Mübarək əl-Batxali evli aktrisaların filmdə gəlin rolu oynamaqla ağır günaha yol verdiyini bəyan edib. Onun sözlərinə görə, aktrisaların ərləri bunu əsl xəyanət kimi qiymətləndirməlidirlər.
Onun fətvası Küveyt şou-biznesində də narazılıqla qarşılanıb. Aktyor və ssenariçilər bildiriblər ki, əgər çəkiliş səhnəsindəki toy səhnəsi real olacaqsa, o halda səhnədə düşmənlərindən qisas alan aktyor real məhkəmə qarşısında dayanmalıdır.