Əfqanıstan təhlükəsizlik xidməti əməkdaşının uniformasını geyinmiş kişi ölkənin şərqində NATO-nun üç hərbçisini güllələyib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, olayın təfərrüatı barədə xəbər yayılmayıb.
Mənbə xatırladıb ki, bu il Əfqanıstanda yüzdən çox xarici ölkə hərbçisi həlak olub. Onların 80-ə yaxını ABŞ əsgəridir.