Dəmirələ atəş açan öldü
25 sentyabr 2013 14:18 (UTC +04:00)

Dəmirələ atəş açan öldü

İzmitdə “Outlet Center” Ticarət Mərkəzinin təməlinin atılması mərasimində, 18 may 1996-cı ildə Türkiyənin prezidenti olan Süleyman Dəmirələ sui-qəsdə cəhd göstərən İbrahim Gümrükçüoğlu ölüb.

 

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bir müddətdir ki, xəstəxanada müalicə alan İbrahim Gümrükçüoğlu dünən gecə ölüb.

 

İbrahim Gümrükçüoğlu bu gün Kocaeli’nin Kartepe rayonunun Derbet kənd qəbiristanlığında dəfn ediləcək.

 

Qeyd edək ki, 1996-cı il mayın 18-də baş verən olay zamanı Süleyman Dəmirəl təməlatma mərasimində çıxışını bitirdikdən sonra İbrahim Gümrükçüoğlu tapançasını çıxararaq ona yaxınlaşıb. Bu zaman Süleyman Dəmirəlin mühafizə xidmətinin rəhbəri Şükrü Çukurlu ilk müdaxiləni edib və İbrahim Gümrükçüoğlunun əlindəki tapançanı almağa çalışıb. Bu zaman İbrahim Gümrükçüoğlu atəş açıb və Şükrü Çukurlu qolundan yaralanıb. Mərmi daha sonra jurnalist İhsan Yılmazın ayağına tuş gəlib. Daha sonra digər mühafizəçilər köməyə çatıb və İbrahim Gümrükçüoğlu zərərsizləşdirilib. Saxlanılan İbrahim Gümrükçüoğlu vəkillərinin istəyi ilə Məhkəmə-Tibbi Ekspertizaya göndərilib və ona “paranoid sindromu” diaqnozu qoyub.  İbrahim Gümrükçüoğlu 1 il nəzarətdə saxlanılmaq şərti ilə Bakırköy Ruh və Əsəb Xəstəlikləri Xəstəxanasına göndərilib. Bir il sonra da əqli problemi olmadığı müəyyən edilərək xəstəxanadan buraxılıb.

 

İbrahim Gümrükçüoğlu xəstəxanadan çıxdıqdan sonra əvvəlki peşəsinə qayıdıb, aptekdə dərman satışı ilə məşğul olmağa başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1237
avatar

Oxşar yazılar