Sentyabrın 23-də BMT QİÇS-lə bağlı hesabatını yayıb.
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, hesabatda bu xəstəliyə yoluxanların sayının azadlığı, onunla habelə onun bağlı sahədə müəyyən irəliləyişə nail olunduğu vurğulanıb.
Məlumata əsasən, hazırda dünyada təxminən 35,5 milyon adamın bu xəstəliyin daşıyıcısı olduğu qeyd edilib.
Hesabatda xəstəlikdən ölənlərin sayının azadlığı bildirilib.
«2005-ci ildə 2,3 milyondan çox, 2011-ci ildə 1,7 milyon və 2012-ci ildə 1,6 milyon adam bu virusdan ölüb» - deyə, hesabat müəllifləri virusa yeni yoluxanların sayının 2011-ci ildə 2,5 milyon olduğu halda 2012-ci ildə isə bu rəqəmin isə 2,3 milyona düşdüyü vurğulayıb
Mütəxəssislər onu da bildirib ki, ötən il yoxsul və inkişaf etməkdə olan ölkələrdə təxminən 9,7 milyon insan bu virusdan xilas olmaq məqsədi ilə həkimlərə və ya uyğun mərkəzlərə müraciət edib.