Bəşar Əsədin generalı öldürülüb
18 oktyabr 2013 02:18 (UTC +04:00)

Bəşar Əsədin generalı öldürülüb

Suriyada Bəşar Əsəd rejimi hərbi kəşfiyyatının yüksək rütbəli təmsilçisi general Cameh Cameh ölkənin şərqində Deyr əz-Zor əyalətində öldürülüb.

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu haqda  «əl-Ərəbiyyə» telekanalı xəbər yayıb.

İlkin məlumata əsasən, general üsyançılar tərəfindən öldürülüb.

Olayla bağlı ətraflı məlumat hələ ki verilməyib.

General Cameh 1976-2005-ci illərdə Suriya xüsusi xidmət orqanının zabiti kimi Livanda qulluq edib.

 

Onun adı Livanın baş naziri Rafiq Həririnin qətlində də hallanıb. 2005-ci ildə onu BMT müstəntiqlər sorğu-sual edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 735
avatar

Oxşar yazılar