Azərbaycanın Karlovı Varıda fəxri konsulluğu açıldı
24 sentyabr 2013 16:08 (UTC +04:00)

Azərbaycanın Karlovı Varıda fəxri konsulluğu açıldı

Azərbaycanın Çexiyadakı səfirliyi tərəfindən Fəxrəddin Mirzəyevin Azərbaycanın Çexiyanın Karlovı Varı şəhərində fəxri konsulu vəzifəsinə təyin olunması və onun fəaliyyətə başlaması ilə əlaqədar tədbir keçirilib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə Çexiya və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərinin, son illər ərzində iqtisadi, mədəniyyət və humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib.

 

Tahir Tağızadə bunun göstəricisi kimi Karlovı Varı şəhərində ölkəmizin fəxri konsulunun təyin olunmasını xüsusi qeyd edib. Mərasimdə iştirak edən Çexiyanın xarici işlər naziri Yan Kohout Çexiya-Azərbaycan əlaqələrinin hazırkı səviyyəsindən məmnunluğunu bildirib və fəxri konsulluğun açılmasından sonra da iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə əminliyini vurğulayıb. Onun sözlərinə görə, Çexiyanın bəzi sabiq yüksək vəzifəli məmurlarının şəxsi fikirlərinə baxmayaraq, bu gün Azərbaycan uğurla inkişaf edir. Yan Kohout Fəxrəddin Mirzəyevi fəxri konsul vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, Çexiya tərəfinin ekzekvaturasını rəsmi olaraq ona təqdim edib.

  

Tədbirdə Çexiya Parlamentinin senatorları, deputatları, xarici işlər nazirinin müavini Tomaş Dub, sənaye və ticarət nazirinin müavini Martin Hovorka, prezident administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hinek Kmoniçek, XİN-in diplomatik protokol departamentinin direktoru Tomaş Pernitski, iş adamları, eləcə də Azərbaycan diaspor nümayəndələri iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 976
avatar

Oxşar yazılar