Türkiyə baş nazirinin müavini Bülənt Arınc Uludağ Universitetində dekanlıq binasının açılışına qatılıb.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, o, iş adamının bir fakültə, dekanlıq binası tikdirərək, universitetə bağışlamsının alqışlanası bir iş olduğunu söyləyib.
«Təhsil yardım gələcəyə, gənclərə, ölkəyə ediləcək ən böyük xeyirli işlərdir. Keçmişdə «xeyriyyəçilik», «Allah rzası» işləri deyildikdə, xalqın çoxu məscid, Quran kursları üçün yerlər tikməyi anlayırdı. Bu yöndə çox böyük işlər görənlər var. Ancaq Türkiyənin təhsilə ehtiyacı daha çoxdur. Nə qədər xeyriyyəçi varsa, öz imkanları yetmirsə, başqaları ilə birləşərək, ibtidai siniflər üçün məktəblər tiksə daha yaxşı olar» - deyə, hökumət başçısının müavini vurğulayıb.