Almaniyanın İrəvandakı səfiri Rayner Morel Ermənistanın Gömrük Birliyinə daxil olması ilə ermənilərə məsləhət verib.
Lent.az-ın «Novosti Armenii»-yə istinadən məlumatına görə, səfir «Azadlıq» radiosunun ermənicə redaksiyasına müsahiəbsində deyib: «Təbii ki əgər sən qərar qəbul etməkdə çətinlik çəkirsənsə, ondan azından müzakirələrə başlamalısan. Məsələ müzakirə edilməlidir. İnsanlar hansı yolla və niyə gedəcəklərini bilməlidir. Bu yolla öz mövqeyini daha yaxşı açıqlaya bilərsən. Ola bilsin belə qruplar var və onlar bu məsələni müzakirə edirlər. Ancaq bu çox dar çərçivədə aparılır. Ola bilsin məsələnin vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında aparılması da vacibdir».
Rayner Morel qeyd edib ki, hazırda Ermənistanla münasibətin qurulmasına dair heç bir qərar yoxdur: «Ermənistan prezidenti Gömrük Birliyinə daxil olmaları haqda bəyanat verəndən sonra bizim məsələdən xəbərdar olmağımız üçün erməni tərəfi bunun nə demək olduğun dəqiqləşdirməlidir. Onlar bu qurumu tam üzv olur, yoxsa assosiativ? Hansı məhdudiyyətlər var? Bütün bunlar məlum olduqdan sonra biz fəaliyyət göstərə bilərik».