ABŞ-ın dövlət katibi Con Kerri ilə İranın xarici işlər naziri Məhəmmədcavad Zərif arasında nüvə proqrammı üzrə sentyabrın 26-da görüş keçiriləcək.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu qərblə İran arasında münasibətlərini mülayimləşməsi prosesinin növbəti nişanəsidir.
Məlumata əsasən, Britaniya, Almaniya, Fransa, Çin və Rusiyanın xarici işlər nazirləri də amerikalı diplomatla iranlı həmkarının danışıqlarının iştirakçısı olacaq.
Mənbə vurğulayıb ki, bu 1979-cu il inqilabından sonrakı ilk belə görüşdür.
Ağ ev ABŞ prezidenti Barak Obama ilə İranın hökumət başçısı Həsən Ruhaninin görüşəcəyini istisna etmir.