Sadaxlı Gömrük-Buraxılış məntəqəsinin rəisi tutulub
24 sentyabr 2013 23:14 (UTC +04:00)

Sadaxlı Gömrük-Buraxılış məntəqəsinin rəisi tutulub

Gürcüstan-Ermənistan sərhədindəki Sadaxlı gömrük-buraxılış məntəqəsinin rəisi Kaxaber Musenidze saxlanılıb.

APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün məntəqənin rəisi Kaxaber Musenidze vəzifəsindən sui-istifadə ittihamı ilə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Nazirlikdən verilən məlumata görə, istintaq nəticəsində həmin gömrük-buraxılış məntəqəsinin növbə rəisi Kaxa Arçvadze də cinayət məsuliyyətinə cəlb edilib.


“İstintqın gedişi zamanı məlum olub ki, 2013-cü il sentyabrın 21-də Sadaxlı gömrük-buraxılış məntəqəsinin rəisi Kaxaber Museridzenin tapşırığı ilə məntəqənin növbə rəisi Kaxa Arçvadze vəzifəsinin icrası zamanı müvafiq gömrük və baytarlıq sənədlər olmadan satış məqsədilə müxtəlif növ dekorativ quşlar yüklənmiş və ümumi dəyəri 10 103 lari (6 min dollara qədər) olan,  iş adamına məxsus avtomobili gömrük yoxlama və nəzarəti olmadan buraxıb”, deyə nazirliyin məlumatında bildirilib. 

 

Gürcüstan Cinayət Məcəlləsinin 332 maddəsi ilə vəzifədən sui-istifadə maddəsi ilə cinayət işi başlayıb, istintaq aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2037

Oxşar yazılar

Özbəkistanda zəlzələ  oldu

Özbəkistanda zəlzələ oldu

6 iyul 2025 , 20:43
Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

6 iyul 2025 , 19:38
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı

Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı

6 iyul 2025 , 07:30