«Olimpiadanı boykot qərarımızı dəstəkləyən yoxdur»
15 oktyabr 2013 07:24 (UTC +04:00)

«Olimpiadanı boykot qərarımızı dəstəkləyən yoxdur»

2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiada oyunlarını  Gürcüstanın boykot etməsi qərarı dünya ictimaiyyəti tərəfindən dəstəklənməyəcək.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, ölkənin baş naziri Bidzina İvanişvili bu qənaətdədir.

 

«Olimpiadada iştirakdan imtina etmək ən sadə yoldur. Məgər dünyanın qorxutmaq üçün bizim bu qədər ehtiyatımız var? Dünyada heç bir dövlət Soçi olimpiadasının boykot edilməsini dəstəkləmir. Çünki Saakaşvilinini başçılığı altında olan keçmiş hakimiyyəti çoxlu səhvlər buraxıb» -deyə, hökumət başçısı Gürcüstanın «Birinci» telekanalına müsahibəsində bildirib.

 

O, deyib ki, əgər keçmiş hakimiyyətin bir az ağlı olsa idi, Gürcüstan indiki vəziyyətə düşməzdi: «Dünya bilir ki, Saakaşvilinin buraxdığı səhv ucbatından Rusiya təcavüz etdi və bugünki tikanlı məftillər ortaya çıxdı».

 

Gürcüstan Saakaşvilinin prezidentliyi dövrdəki kimi hərdəm xəyal düşüncə ilə yaşamağı dayandırmalıdır: «Əvvəlcə olimpiadada iştirak edəcəyimizi bəyan edirik,bir az sonra bunu əksini söyləyirik. Sonra yenə iştirakdan danışırıq».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 700
avatar

Oxşar yazılar