Rusiya İstehlakçıların hüququnu müdafiə və Rifahı federal Xidməti 2400 –dən artıq saytda intiharla bağlı informasiya mövcuddur.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, ötən ilin noyabrından bu il sentyabrın 23-dək olan müddətdə quruma intiharla bağlı 2551 müraciət olunub.
İntihara çağırış, özünə qəsdin üsullarını təbliğ edən saytların səhifəsinin bağlanması haqda 2414, qadağan edilmiş informasiyanın yayılması ilə bağlı 137 qərar qəbul edilib.
Xidmət qeyd edib ki, yasaqlanmış informasiya daha çox «VKontakte», «Mali.ru», «LiveJournal» şəbəkələrində, eləcə də tanınmış «Google», «Yandex» və «Youtube» axtarış sistemində yerləşdirilib.