“Müsəlman Qardaşları” Hərəkatına qadağa qoyuldu
23 sentyabr 2013 17:35 (UTC +04:00)

“Müsəlman Qardaşları” Hərəkatına qadağa qoyuldu

Misirdə məhkəmə “Müsəlman Qardaşları” Hərəkatının ölkə miqyasında fəaliyyətinə qadağa qoyub.

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, hakim Məhəmməd əl-Seyid deyib ki, məhkəmə “Müsəlman Qardaşları” Hərəkatının qeyri-hökumət təşkilatı kimi hər cür fəaliyyətini qadağan edib.

Qeyd edək ki, bir həftə əvvəl Misir hökuməti “Müsəlman Qardaşları” Hərəkatının bir qeyri-hökumət təşkilatı olaraq fəaliyyətini qadağan edib. Hərəkat devrilmiş prezident Məhəmməd Mursinini hakimiyyətə qaytarılmasını tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 719
avatar

Oxşar yazılar