İstifadədən çıxarılmış “F-16” pilotsuz təyyarəyə çevrilir
25 sentyabr 2013 12:43 (UTC +04:00)

İstifadədən çıxarılmış “F-16” pilotsuz təyyarəyə çevrilir

ABŞ-ın “Boeing” təyyarə istehsalı konserni ölkənin Hərbi Hava Qüvvələrində istifadədən çıxarılmış  “F-16” təyyarələrinin təkrar utilizasiyası üzrə layihə üzərində iş apardığını açıqlayıb.

 

Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, bundan sonra təyyarələrin bir qismi pilotsuz uça biləcək.

 

“F-16” təyyarəsinin yenidən işlənilmiş ilk nümunəsi Florida ştatının Tindall bazasından ilk sınaq uçuşu edərək yerdə olan ABŞ HHQ-nin pilotlarının idarəetməsi ilə Meksika körfəzi üzərindən uçub. Uçuş uğurla həyata keçirilib və qırıcı təyyarə çox gözəl eniş edib. 

 “Boeing” nümayəndələri bildiriblər ki, yenilənmiş qırıcı təyyarələr gələcək pilotların məşqləri üçün istifadə oluna bilər. Bundan başqa, yenilənmiş “F-16”nın ilk nümunəsi lazım gəldikdə öz-özünü məhvetmə sistemi ilə təchiz olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 851
avatar

Oxşar yazılar