“Facebook” onlayn-ticarətə keçdi
25 sentyabr 2013 12:07 (UTC +04:00)

“Facebook” onlayn-ticarətə keçdi

“Facebook” sosial şəbəkəsinin rəhbərliyinin yeni ideyası istifadəçilərə internetdə öz mobil qurğuları vasitəsilə alış-veriş etməkdə kömək məqsədi daşıyır.

 

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Auto-Fill with Facebook” adlandırılan funksiya “Facebook”un “iOS” əməliyyat sistemi üçün nəzərdə tutulan əlavəsini tamamlayır.

 

Funksiyanın köməyi ilə istifadəçi ona məxsus kredit kartı haqqında məlumatları “Facebook”dakı profilində olduğu halda daxil etmədən internet mağazalarında alış-veriş edə bilər. Ödəniş etmək üçün yalnız ödəniş faktını təsdiq etmək lazımdır. İkin mərhələdə “Facebook” un tərəfdaşları qismində “Jack Threads” kişi geyimi mağazası və “Mosaic” foto servisi çıxış edib. Bu mağazaların əlavələrində alış-veriş edən zaman istifadəçilər yeni funksiyadan yararlana bilər. “Auto-Fill with Facebook” funksiyası hələ ki, sınaq mərhələsindədir və ondan yalnız məhdud sayda istifadəçi yararlana bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575
avatar

Oxşar yazılar