“Cisco” Çin üçün casus vasitələrinin yaradılmasında günahlandırılır
21 sentyabr 2013 16:25 (UTC +04:00)

“Cisco” Çin üçün casus vasitələrinin yaradılmasında günahlandırılır

Bir qrup ABŞ və Çin vətəndaşı “Cisco Systems” şəbəkə avadanlığı istehsalçısını Çin hökuməti ilə fəaliyyəti qadağan olunan “Falunqun” dini-siyasi təşkilatına nəzarət və üzvlərinin aşkarlanması məqsədilə məxfi işbirliyində təqsirləndirib.

 

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, şirkətə qarşı qaldırılan iddia dünən San-Hose şəhər Federal Məhkəməsinə təqdim edilib. 

“Cisco” insan hüquqlarının pozulmasında və şəbəkə aparat təminatı bazarında öz texnologiyalarından sui-istifadədə günahlandırılır. İddiada qeyd edilir ki, “Cisco”nun San-Hose şəhərində yerləşən mənzil-qərargahında kəşfiyyat məlumatlarının toplanması üçün həllər və “Qızıl qalxan” kimi tanınan təhlükəsizlik texnologiyası hazırlanıb və sınaqdan keçirilib.  Nəhəng şəbəkə istehsalçısı Çinin hakimiyyəti ilə 2011-ci ildən əməkdaşlıq edib və bu əməkdaşlıq sayəsində “Falunqun” davamçılarının bir neçəsi həbs olunub.

 

“Cisco”nun mətbuat xidmətindən bildirilib ki, iddia əsassız və sübutsuz hesab edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761
avatar

Oxşar yazılar