Nazirlik ana və uşağın ölümünə münasibət bildirdi
14 may 2013 13:18 (UTC +04:00)

Nazirlik ana və uşağın ölümünə münasibət bildirdi

Bu gecə Respublika Perinatal Mərkəzində ana və uşaq ölümü qeydə alınıb.


 

1986-cı il təvəllüdlü Fətəliyeva Maral Ümidvar qızı əməliyyat zamanı vəfat edib. M. Fətəliyevanın dayısı Etibar Fətəliyev APA-ya açıqlamasında deyib ki, üçüncü dəfə ana olmağa hazırlaşan Maral 5 aylıq hamilə olub: “Artıq faktla bağlı müvafiq qurumlara müraciət edilib”.

 

Məsələyə aydınlıq gətirən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə ƏhmədovaAPA-ya bildirib ki, NZS qəsəbə sakini, 26 yaşlı Maral Fətəliyeva əvvəllər də doğuş zamanı iki dəfə əməliyyat keçirib, uşaqlığında 2 çat olub: “Mayın 14-də vəziyyəti ağırlaşdığından dərhal əməliyyata götürülüb. Amma görülən tədbirlərə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Ananın diaqnozu fəsadlaşmış mamalıq anemnizidir. Hadisə ilə bağlı iş tibbi ekspertizaya verilib, ondan sonra Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasına təqdim ediləcək. Doğuşayardım Komissiyası məsələni araşdırdıqdan sonra bu barədə məlumat veriləcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 910
avatar

Oxşar yazılar