Bu barədə APA prezidentin rəsmi saytına istinadən məlumat verib.
Sərəncama əsasən, Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsini təmin etmək məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Dini Mədəniyyətin İnkişafı Fonduna 3 mln. manat vəsait ayrılıb.