Bu gün Ramazan ayının dördüncü günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:44-də, iftar vaxtı saat 18:50-dir.
Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının dördüncü günün iftar duasını təqdim edir:
Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi-ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin.
Tərcüməsi: İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükr etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!
Allah dualarınızı qəbul etsin!