İtkin düşənlərlə bağlı XƏBƏR:  165 ailənin gözü yollardan yığıldı
10 mart 2025 10:13 (UTC +04:00)

İtkin düşənlərlə bağlı XƏBƏR: 165 ailənin gözü yollardan yığıldı

Azad edilmiş ərazilərdə aparılan qazıntı işləri zamanı aşkarlanan 23 kütləvi məzarlıqdan 187 şəxsə aid olduğu ehtimal edilən meyit qalığı eskhumasiya edilib.

Lent.az APA-ya istinadən  xəbər verir ki, bunu Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimatında Komissiyanın katibi Qəzənfər Əhmədov deyib.

Dövlət Komissiyasının katibi bildirib ki, Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılan tikinti işləri zamanı 309-dək şəxsə aid meyit qalıqları aşkar edilib: “Eyni zamanda, Azərbaycanın müxtəlif şəhər və rayonlarında 23 qəbiristanlıqda tanınmadan dəfn edilmiş məzarlardan 192 nəfərə aid meyit qalığı eskhumasiya edilib. 1 mart 2025-ci ilə olan məlumata əsasən, 688 itkin düşmüş şəxsə aid meyit qalığı aşkarlanıb. Onlardan 165 nəfərin şəxsiyyəti eyniləşdirilərək meyitləri ailələrinə təhvil verilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 890

Oxşar yazılar