YAP partiyadaxili yoxlamalara başlayıb
05 fevral 2014 18:06 (UTC +04:00)

YAP partiyadaxili yoxlamalara başlayıb

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Partiyadaxili inkişaf və intizam komissiyasının ilk iclası keçirilib.


YAP-dan APA-ya verilən məlumata görə, iclasda komissiyanın 2014-cü il üçün iş planı müzakirəyə çıxarılıb.

 

YAP İdarə Heyətinin üzvü, Partiyadaxili inkişaf və intizam komissiyasının sədri Kərim Kərimov komissiyanın 2014-cü il üçün iş planı haqqında ətraflı məlumat verib. O bildirib ki, YAP-ın İdarə Heyətinin 7 noyabr 2013-cü il tarixli iclasının qərarı ilə bir çox sahələri əhatə edən 12 komissiya yaradılıb. Onlardan biri də Partiyadaxili inkişaf və intizam komissiyasıdır: “Komissiya rayon (şəhər) təşkilatlarının fəaliyyəti barədə partiyanın mərkəzi aparatına daxil olan hesabatlarından nümunələr götürür, araşdırmalar, təhlillər, tədqiqatlar aparıb, nəticələri barədə İcra Katibliyinə təqdim edəcək, ildə iki dəfə partiya təşkilatlarında partiyanın məqsəd və vəzifələri barədə Nizamnamə tələblərinə, partiya üzvlərinin hüquq və vəzifələrinin təminatına əməl edilməsinə, partiya üzvünün şərəf və ləyaqətinin qorunmasına dair araşdırmalar aparıb, nəticələrini təşkilatlarla müzakirə edəcək”.

 

Komissiya sədri qeyd edib ki, partiyadaxili inkişafın müasir mərhələdə əsas şərtlərindən biri partiyaya qəbulda keyfiyyət göstəricilərinin səviyyəsinin yüksəldilməsidir. K.Kərimovun sözlərinə görə, partiyaya qəbulla əlaqədar müraciət edənlərin ideya-siyasi dünyagörüşünə, mənəvi-əxlaqi keyfiyyətinə, milli vətənpərvərlik hissələrinə, partiyanın Nizamnamə və Proqramında təsbit olunmuş prinsiplərinə uyğunluğu məsələləri daim nəzarətdə saxlanmalı, bu sahədə də daha müsbət nəticə göstərən təşkilatların iş təcrübəsi ümumiləşdirilib yayılmalıdır.

 

O deyib ki, komissiya Partiyadaxili inkişaf və intizam komissiyasının iş prinsiplərinə dair Əsasnamə və “Partiya intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları” adlı təlimat işləyib hazırlayır: “Bundan əlavə, iş planına komissiyanın rayon (şəhər) təşkilatlarının ilk təşkilatlarla əlaqələri və işbirliyi haqda tədqiqatlar aparır, nümunəvi təşkilatların iş metodlarını digər təşkilatlar arasında yayır. Həmçinin partiyanın Qadınlar Şurası və Gənclər Birliyi ilə işbirliyi qurulacaq, onları maraqlandıran məsələlər barədə birgə tədqiqatlar aparılacaq”.

 

Daha sonra iclasda komissiya üzvləri çıxış edərək, iş planı haqqında fikir və təkliflərini bildiriblər. Müzakirələrin sonunda Partiyadaxili inkişaf və intizam komissiyasının 2014-cü il üçün iş planı təsdiqlənib.

 

Qeyd edək ki, YAP Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əliyev Partiyadaxili inkişaf və intizam komissiyasının sədr müavini seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 677
avatar

Oxşar yazılar