YAP–dan xəbərdarlıq: “Dövlətin vəsaitini havaya sovurmayın” - <span style="color:red;">YENİLƏNİB
14 mart 2014 17:13 (UTC +04:00)

YAP–dan xəbərdarlıq: “Dövlətin vəsaitini havaya sovurmayın” - YENİLƏNİB

0

Yeni Azərbaycan Partiyası (YAP) icra başçılarından narazılığını bildirib. Lent.az-ın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında Hökumətin illik fəaliyyətinin müzakirəsi zamanı YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov icra başçılarından şikayətlənib.

S. Novruzov icra başçılarına xəbərdarlıq edərək bildirib ki, bir icra başçısı başqası ilə əvəzlənəndə əvvəlki başçının tikdiyi parkı söküb təzədən tikməyə başlayır, buna ehtiyac yoxdur: “Dövlətin külli miqdarda vəsaiti gedir. Bir küçə bərbad gündədir, onu təmir etmir, təmir olunan parkı söküb yenidən qurur. Tikmək istəyirsən yenisini tik. Bu icra başçıları Dövlətin vəsaitini havaya sovurmasınlar”. Deputat Maliyyə Nazirliyini bu kimi faktları nəzarət altına almağa çağırıb.

S. Novruzov həmçinin qeyd edib ki, Amerikada sunami olanda dövlət heç kimə ev tikmir, əvəzində sığortasının olub – olmaması ilə maraqlanır: “Ancaq “Sahil” metrosunun üstündə böyük ticarət mərkəzi yandı, kifayət qədər insan ziyan çəkdi, ancaq heç kimin sığortası yoxdur. Düzdür, hökumətimiz Kürdən ziyan çəkənlərə görmədikləri mənzili tikib verdi, Zaqatala zəlzələsindən sonra evlər tikildi. Ancaq sığortası olsa, belə problem yaranmazdı”. Deputat onu da deyib ki, bu gün Azərbaycan hətta corab, maykanı da ya İran, ya da Çindən alır. Azərbaycanın imkanı var ki, yun, pambıq və dəri sənayesini inkişaf etdirsin, həm iş yerləri açılsın, həm də öz hesabına vətəndaşlarını təmin etsin” . S.Novruzov “havada qalan” – sənədsiz evlərdən də danışıb. O bBildirib ki, artıq bu məsələyə ciddi nəzarət olmalıdır. Deputat ön cəbhədə olan zabitlərin təminatı səviyyəsini yüksəltməyə çağırıb: “Elə insan var 5-6 ildir ön cəbhədə xidmət göstərir, onun digərindən fərqi olmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1806

Oxşar yazılar