Xocalı ilə bağlı Avropa parlamentinə müraciət qəbul olunub
26 fevral 2014 17:17 (UTC +04:00)

Xocalı ilə bağlı Avropa parlamentinə müraciət qəbul olunub

Finlandiya azərbaycanlıları Xocalı soyqırımı ilə əlaqədar sərgi təşkil edib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbirin təşkilatçısı Finlandiya Azərbaycanlıları Assosiasiyasının (FAA) sədri Vasif Muradlı və Azərbaycan Qadınları Cəmiyyətinin sədri Arzu Oqtay öz çıxışlarında 22 il əvvəl törədilmiş Xocalı faciəsinin köklərinin əslində daha dərində olduğunu bildiriblər.

 

Onlar çıxışlarında ermənilərin əsrlər boyu türklərə qarşı kin-küdurət hissindən bəhs ediblər. Sonda Avropa və Finlandiya parlamentlərinə Xocalı soyqırımının tanınması haqda müraciət qəbul olunub. Avropa parlamentlərinə ünvanlanan müraciət eyni zamanda Finlandiyadakı xarici səfirliklərə də göndərilib. Tədbirdə kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 371
avatar

Oxşar yazılar