Xəzəryanı dövlətlərin başçılarının Həştərxanda görüşünün ilkin tarixi müəyyənləşib. Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, bu görüş sentyabrın 29-a təyin edilib.
Bu il aprelin 22-də həmin dövlətlərin xarici işlə nazirləri Həştərxanda məsləhətləşməyə toplaşacaq.
Rusiyanın İslam Respublikasındakı səfiri Levan Caqaryan bildirib ki, dövlət başçılarının görüşündə Xəzərin statusu və onun müəyyənləşməsinin yekun yolu müzakirə ediləcək.