Şurada beynəlxalq təşkilatla görüş keçirilib
17 mart 2014 18:48 (UTC +04:00)

Şurada beynəlxalq təşkilatla görüş keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında İsveçrənin OİKOS təşkilatının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

 

Lent.az-ın məumatına görə, görüşdə iştirak edən təşkilatın Direktorlar Şurasının üzvü Levan Pangani, ictimaiyyətlə əlaqələr departamentinin sədri İrina Doqraşvili və Tiblisi nümayəndəliyinin rəhbəri Ani Lomouri təmsil etdikləri təşkilatın 1987-ci ildə İsveçrədə yaradıldığını və hazırda dünyanın 21 ölkəsində 40-a qədər təmsilçiliyinin fəaliyyət göstərdiyini bildiriblər.

 

Şuranın fəaliyyətinin örnək bir nümunə hesab etdiklərini vurğulayan OİKOS təmsilçiləri qarşılıqlı faydalı münasibətlərin qurulmasında,  o cümlədən xarici QHT-lər üçün qrant müsabiqəsində iştirakda maraqlı olduqlarını vurğulayıblar.

 

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın fəaliyyəti haqqında danışaraq, xarici QHT-lər üçün elan edilən qrant müsabiqəsinin mövzuları, şərtləri və qaydaları haqqında məlumat verib.

 

Fərasət Qurbanov Şuranın beynəlxalq əlaqələrində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün xarici QHT-lərlə münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verildiyini vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 391
avatar

Oxşar yazılar