Son 5 ildə təmas xəttində gərginlik ən son həddə - <span style="color:red;">YENİLƏNİB
04 fevral 2014 16:05 (UTC +04:00)

Son 5 ildə təmas xəttində gərginlik ən son həddə - YENİLƏNİB

Cari ilin yanvar ayında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik son 5 ildə ən yüksək həddə çatıb.

 

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi faktlar üzrə apardığı monitorinqin nəticələrinə görə, ötən ay cəbhə xəttində atəşkəs rejimi 1543 dəfə pozulub.

 

Atəşkəsin pozulması ilə müşayiət olunan döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 2 zabiti şəhid olub. Bir hərbi qulluqçu və 1 mülki sakin (Tovuz rayon Əlibəyli kənd sakini, qadın) isə yaralanıb.

 

Atəşkəs pozuntularının intensivləşməsi yanvarın 20-dən sonra daha da artıb.

 

Ümumilikdə yanvarın 20-dən 31-dək cəbhədə atəşkəs rejimi 1504 dəfə pozulub. Bir sıra istiqamətlərdə isə sutka ərzində qısa fasilələrlə aktiv döyüşlər gedib.

 

Yanvarın 20-dən 31-dək cəbhə xəttində Ermənistan Ordusunun diversiya-təxribat qruplarının 5 cəhdinin qarşısı alınıb. Ermənilər tərəfindən yanvarın 23-də cəbhənin Füzuli rayonu istiqamətində monitorinq keçirən ATƏT nümayəndələri atəşə tutulub.

 

Qeyd edək ki, APA-nın apardığı monitorinqlərin nəticələrinə görə, Ermənistan Silahlı Qüvvələri tərəfindən 2013-cü ildə atəşkəs rejimi 1796 dəfə pozulub. Atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 8 hərbçisi şəhid olub, 11 hərbi qulluqçusu yaralanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1276
avatar

Oxşar yazılar