SAM-ın direktoru: "Cəbhə xəttində gərginliyi "Qarabağ generalları" yaradır"
04 fevral 2014 10:50 (UTC +04:00)

SAM-ın direktoru: "Cəbhə xəttində gərginliyi "Qarabağ generalları" yaradır"

Bu fikirləri APA TV-yə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib: "Bu o qrupdur k, 1997-ci ildən başlayaraq, hakimiyyəti bir-birinə ötürür. Robert Köçəryan, Serj Sarkisyan və s. Mənə elə gəlir ki, artıq gələcəkdə Ermənistanda keçiriləcək seçkilərə uğrunda mübarizə başlayıb. Mübarizə hazırkı müdafiə naziri Sergey Ohanyan və Dağlıq Qarabağda formalaşan və tanınmayan respublikanın rəhbəri Bako Saakyan arasında gedir".

 

Fərhad Məmmədovun sözlərinə görə, münaqişənin davam etdirilməsi və danışıqlar prosesinin baş tutmaması bu sosial qrupun marağındadır. Rəsmi Bakı beynəlxalq ictimayyətin və ATƏT-in Minsk Qrupunun sülh danışıqlarını davam etdirmək israrına nail olmalıdır. Əks halda münaqişə dinc yolla həll edilməyənə qədər Minsk Qrupuna etimad azalacaq: "O ki qaldı müharibəyə, Azərbaycanın bu haqqı özündə saxlayır. Ermənistanın işğalçı qüvvələrinə qarşı olan bu operativ reaksiyalar, hücum istiqamətli silahların əldə olunması da bunu deyir. Azərbaycan danəşıqların tükəndiyini hiss etdikdə beynəlxalq hüquqnun təsbit etdiyi ərazi bütövlüyünü bərpa edəcək".

 

Fərhad Məmmədov onu da deyib ki, istənilən sülhün alternativi yalnız müharibədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1220
avatar

Oxşar yazılar