Rəbiyyət Aslanova oğlunun işdən çıxarılmasından danışdı
17 mart 2014 16:46 (UTC +04:00)

Rəbiyyət Aslanova oğlunun işdən çıxarılmasından danışdı

0

Milli Məclisin insan hüquqları komitəsinin sədri, deputat Rəbiyyət Aslanova oğlu Elnur Aslanovun Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilməsi barədə məlumatı xarici səfəri zamanı alıb. Lent.az-ın “Media forum”a istinadən xəbərinə görə, deputat deyib ki, xaricdə səfərdədir: “Oğlumun işdən azad olunmasını indi eşidirəm. Ona görə də bu barədə nəsə deyə bilməyəcəyəm”.

Elnur Aslanov Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən martın 17-də prezident İlham Əliyev sərəncamı ilə azad edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4594

Oxşar yazılar