Ramiz Mehdiyev: “Prezident vacib tapşırıqlar verib”
05 fevral 2014 17:06 (UTC +04:00)

Ramiz Mehdiyev: “Prezident vacib tapşırıqlar verib”

Bu gün Heydər Əliyev Mərkəzində  prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunmuş konfrans keçirilib. Bununla bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev rəsmi facebook səhifəsində status paylaşıb. R. Mehdiyev qeyd edib ki,  Heydər Əliyev Mərkəzində bu xarakterli konfransın keçirilməsi özlüyündə rəmzi xarakter daşıyır. “Çünki mövzu Heydər Əliyevin bizə miras qoyduğu dövlətin bu günü və gələcək inkişafına həsr olunmuşdu. Prezident çıxışında son beş ildə regionlarda görülmüş və 2018-ci ilə qədər həyata keçiriləcək böyük işlər haqqında olduqca mühüm fikirlər səsləndirib, vacib tapşırıqlar verib”.

 

Qeyd edək ki, dövlət başçısı konfransda giriş nitqi söyləyib. Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, nəqliyyat naziri Ziya Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov çıxış ediblər.

# 1825

Oxşar yazılar