Prezidentin “Facebook” səhifəsinin 300 min izləyicisi var
19 mart 2014 10:59 (UTC +04:00)

Prezidentin “Facebook” səhifəsinin 300 min izləyicisi var

0

Prezident İlham Əliyevin internetdə fəaliyyətini əks etdirən resursların hazırkı vəziyyəti haqqında infoqrafika hazırlanıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Lent.az-a verilən məlumata görə, prezidentin rəsmi “Facebook” səhifəsində yerləşdirilən infoqrafika-videoçarxda hazırda ölkə başçısının “Facebook” səhifəsi izləyicilərinin sayının 300 min nəfər təşkil etdiyi açıqlanıb. İzləyicilərin 70 faizi 18-38 yaş arası gəncləri əhatə edir. Gündəlik aktiv istifadəçilərin sayı 80 minə çatır. Səhifəyə gündəlik baxış sayı 250 mini ötür, həftə ərzində 5 mindən artıq istifadəçi qoşulur. Sözügedən səhifədə yerləşdirilən hər yeni post 100 min nəfərdən çox istifadəçiyə çatdırılır. Həftə ərzində səhifəyə 1 milyon baxış olub.

 

Dövlət başçısının “Twitter” səhifəsi iki dildə - Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Azərbaycan dilində olan bölmənin 73 min, ingilis dilindəki bölmənin 63 min istifadəçisi var. Bu günədək 3 min tvit paylaşılıb.

 

Ölkə başçısının “YouTube” videoxidmətində olan kanalında 500 video yerləşdirilib. Videolara 1 milyon 750 min baxış qeydə alınıb. Daimi izləyicilərin sayı 5 min nəfəri keçib. Əhatə coğrafiyasına 132 ölkə daxildir.

 

Prezidentin “Instagram” fotoxidmətində yaradılan səhifəsində 250-dən artıq şəkil yerləşdirilib. Səhifənin izləyicilərinin sayı 18 mini ötüb. Bunlarla yanaşı, ölkə prezidentinin “Vimeo” və “Flikr” xidmətlərində də səhifələri fəaliyyət göstərir.

 

Xatırladaq ki, 2013-cü ildə Azərbaycan prezidentinin məktəblilər üçün internet səhifəsi yaradılıb.

 

Qeyd edək ki, Prezidentin saytının mobil qurğular üçün əlavəsi də mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 894

Oxşar yazılar