Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi şəhərciyində aparılan tikinti və yenidənqurma işləri ilə tanış olub, Xidmətin idman kompleksinin açılışında iştirak edib.
Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov prezidentə raport verib. Daha sonra dövlət başçısı hərbi şəhərcikdə Heydər Əliyevin abidəsini ziyarət edib, XDMX-nin Situasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Vaqif Axundov məlumat verib ki, 8 min kv. metr ərazisi olan kompleksdə idmanın bütün növləri ilə məşğul olmaq üçün hər cür şərait var. Hərbi şəhərciyin ərazisində kommunikasiya xətləri yenidən qurulub, ərazidəki köhnə tikililər sökülərək yeni binalar inşa edilib. Kompleksdə yaradılan şəraitlə tanış olduqdan sonra prezident XDMX-nin şəxsi heyəti ilə görüşüb.
APA TV