Nikolay Bordyuja: “Regionu partlatmaq olar ”
21 yanvar 2014 16:07 (UTC +04:00)

Nikolay Bordyuja: “Regionu partlatmaq olar ”

0

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının alternativi yoxdur”.


 

APA-nın “Novosti-Armeniya” saytına istinadən verdiyi məlumata görə, bu barədə Moskvada jurnalistlərlə görüşən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bildirib.

 

O deyib ki, təşkilat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin yalnız siyasi yollarla həll olunmasına tərəfdardır: “Münaqişəni güc tətbiq etməklə həll etmək mümkün deyil. Bununla regionu partlatmaq olar”.

 

Jurnalistin “KTMT anti-Azərbaycan ritorikasının qarşısının alınması istiqamətində hansı addımlar atır?” sualını cavablandıran N.Bordyuja qeyd edib ki, təşkilat bu cür ritorikaya qarşı çıxış edir: “Azərbaycan dost ölkədir və KTMT-nin özündə də hər hansı Azərbaycan lehinə, ya da lehinə olan kampaniyalar keçirilmir”.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 774

Oxşar yazılar