Müsavat Bakı Şəhər İcra hakimiyyətini məhkəməyə verəcək
14 mart 2014 18:36 (UTC +04:00)

Müsavat Bakı Şəhər İcra hakimiyyətini məhkəməyə verəcək

0

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək.

 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı söyləyib.

 

G. Aslanlı bildirib ki, buna səbəb Müsavat Partiyasının növbəti qurultayının keçirilməsi üçün müvafiq yer ayrılması məqsədilə fevralın 11-də Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətinə indiyə qədər cavab verilməməsidir: “Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin hərəkətsizliyi ilə bağlı martın 17-dən hüquqi müstəvidə mübarizəyə başlayacaq. İlkin mərhələdə məhkəməyə müraciət olunacaq”.

 

Qeyd edək ki, Müsavat Partiyası bu il mayın 24-də 800-1000 nəfərin iştirakı ilə VIII qurultayının keçirilməsinə müvafiq  yer ayrılması üçün fevralın 11-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 832

Oxşar yazılar