Azərbaycan Milli Məclisinin 2014-cü ilin yaz sessiyasında ilk plenar iclasının vaxtı dəyişib.
Parlamentdən APA-ya verilən məlumata görə, iclasın vaxtı fevralın 1-dən 3-ə dəyişdirilib.
İclasın vaxtının dəyişdirilməsinə səbəb kimi fevralın 1-nin qeyri-iş gününə - şənbəyə düşməsi göstərilir.
İclasda bir sıra qanun layihələrinə dəyişikliklər və yeni layihələr müzakirə olunacaq.