Milli Şuranın daha bir üzvü istefa verib.
APA-nın xəbərinə görə, Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli Milli Şuradan istefa verməsi barədə “facebook” sosial şəbəkəsindəki profilində status paylaşıb.
O qeyd edib ki, istefasının səbəbləri barədə Milli Şuranın sədri Cəmil Həsənliyə ətraflı bəhs edib.