APA-nın məlumatına görə, bu barədə İranın «Fars» xəbər agentliyinə açıqlamasında Azərbaycanın bu ölkədəki səfiri Cavanşir Axundov bildirib.
Azərbaycan parlamentinin spikeri fevralın 14-dən 19-dək Tehranda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament İttifaqının iclasında iştirak edəcək.
Tehranda İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ramazanəli Sübhanifar ilə görüşdə səfir bildirib ki, O. Əsədov səfər çərçivəsində İran parlamentinin sədri Əli Laricani, o cümlədən iranlı millət vəkilləri və rəsmiləri ilə görüşəcək.