İstanbuldakı azərbaycanlılar Novruz bayramını qeyd ediblər
19 mart 2014 12:23 (UTC +04:00)

İstanbuldakı azərbaycanlılar Novruz bayramını qeyd ediblər

0

İstanbul Türkiyə Azərbaycan Dərnəyi Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) ilə birgə İstanbulda Türkan Saylan Mədəniyyət Mərkəzində Novruz şənlikləri təşkil edib. Bu barədə Lent.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Azərbaycan və Türkiyədən çox sayda qonağın, eləcə də Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovun qatıldığı tədbirin iştirakçıları Novruzun adətlərinə uyğun olaraq, yumurta döyüşdürüb, tonqalın üzərindən atlanıb.

H. Zeynalov isə öz çıxışında Novruz bayramının tarixindən danışıb. O deyib ki, beş min ildir qeyd edilən Novruz bayramı birlik, bərabərlik, sülh bayramıdır. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi – ATXƏM-in rəhbəri İlqar İlkin də çıxış edərək burada iki ölkənin himninin oxunmasından, Azərbaycan xalqına göstərilən diqqətdən məmnunluğunu və türk olmaqdan qürur duyduğunu dilə gətirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 729

Oxşar yazılar