Prezident İlham Əliyev Debora Serakkianini qəbul edib
14 mart 2014 17:03 (UTC +04:00)

Prezident İlham Əliyev Debora Serakkianini qəbul edib

Prezident İlham Əliyev martın 14-də İtaliya Respublikasının Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidenti Debora Serakkianinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın məlumatına görə, Azərbaycanla İtaliya arasında yaxşı əməkdaşlığın mövcud olduğunu vurğulayan dövlət başçısı ölkəmizin İtaliyanın müxtəlif regionları ilə də yaxın əlaqələr qurmaqda maraqlı olduğunu deyib. İqtisadi sahədə İtaliyanın ölkəmizin əsas tərəfdaşlarından biri olduğunu vurğulayan prezident İlham Əliyev digər sahələrdə də əlaqələrimizin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu qeyd edib.
 

D. Serakkiani təmsil etdiyi regionun Azərbaycanla ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Görüşdə əlaqələrimizin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382

Oxşar yazılar