Həmsədrlər Haaqada görüş təklif edir
18 mart 2014 13:16 (UTC +04:00)

Həmsədrlər Haaqada görüş təklif edir

0

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinə Haaqada keçiriləcək növbəti nüvə sammiti çərçivəsində görüşməyi təklif edib.


 

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

“Həmsədrlərin təklifi var. Onlar Haaqa sammitində iştirak edəcəklər. Ola bilsin, biz orda görüşdük” - deyə E. Məmmədyarov qeyd edib.

 

Görüşün hansı formatda keçiriləcəyinə gəlincə, nazir ona yalnız erməni həmkarı ilə görüşün formatının məlum olduğunu deyib.

 

Qeyd edək ki, nüvə təhlükəsizliyi üzrə növbəti sammit martın 25-26-da Haaqada keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 582

Oxşar yazılar